AZ

Moskva bu kompromislərlə razılaşıb – Putin

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukraynada müharibənin sülh yolu ilə başa çatdırılması və danışıqlara hazır olduğunu bəyan edib.

KONKRET.az-ın xəbərinə görə, o bildirib ki, bundan sonrakı addımlara görə məsuliyyət Kiyev və onun Avropadakı müttəfiqlərinin üzərinə düşür.

Putinin sözlərinə görə, ABŞ-ın sabiq prezidenti Donald Tramp münaqişənin nizamlanması üçün ciddi səylər göstərir və Moskva Ankoricdə keçirilən görüşdə təklif olunan kompromislərlə razılaşıb. Rusiya lideri vurğulayıb ki, Moskvanın təqdim olunan təkliflərdən imtina etməsi ilə bağlı deyilənlər əsassızdır.

“Bizim nəyisə rədd etdiyimizi demək tamamilə yanlışdır və bunun heç bir əsası yoxdur. Moskvada keçirilən ilkin görüşlərdə bizə müəyyən təkliflər irəli sürüldü və bəzi kompromislərə getməyimiz xahiş olundu. Ankoricə gəldikdə isə dedim ki, bunlar bizim üçün asan qərarlar olmayacaq. Amma bizə təklif olunan kompromislərlə razıyıq”, – deyə Putin qeyd edib.

Rusiya Prezidenti əlavə edib ki, Moskva münaqişənin diplomatik yollarla həllində maraqlıdır və gələcək prosesin gedişi qarşı tərəfin mövqeyindən asılı olacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
35
1
konkret.az

2Mənbələr