AZ

Somalidən gətirilən ət satış üçün deyilmiş AQTA dan AÇIQLAMA

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlər Azərbaycan bazarına satış üçün Somali mənşəli ət məhsullarının satışa gətirilməsinə dair yayılan məlumatlara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aydınlıq gətirilib.

Qurumdan Modern.az-a verilən məlumata görə, Azərbaycana Somalidən kommersiya məqsədilə, yəni satış, ticarət və ya iaşə obyektlərində realizə olunması üçün heç bir ət idxal edilmir. Ölkəmizə daxil olan Somali mənşəli ət partiyası isə humanitar xarakter daşıyır.

Məlumata görə, 46,5 ton ət məhsulu 13 oktyabr 2025-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin müraciəti əsasında ölkəyə daxil olub. Səudiyyə Ərəbistanında kəsilmiş həmin Somali mənşəli heyvanların qurban əti yardım kimi paylanılması üçün nəzərdə tutulub və satışı yaxud iaşə obyektlərində istifadəsi qəti qadağandır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
4
modern.az

5Mənbələr