Biləsuvar şəhərində qaz xəttində sızma olub. Bu səbəbdən rayon mərkəzinin bir hissəsi qazsız qalıb.
NOCOMMENT.az “Report”a istinadla xəbər verir ki, sızma şəhərin H.Əliyev prospekti istiqamətində yerləşən borulardan birində qeydə alınıb.
Nəticədə şəhərin bir hissəsinin qaz təchizatı dayandırılıb. Hazırda həmin ərazidəki xətdə təmir-bərpa işləri aparılır.