AZ

Elmi işçi 400-450 manat maaş alırsa, onların aqrar sektora verəcəyi töhfə sual altındadır

Elmi işçi 400-450 manat maaş alırsa, onların aqrar sektora verəcəyi töhfə sual altındadır

“Elmi işçi 400-450 manat, elmlər doktoru 700 manat maaş alırsa, aqrar sektora töhfə sual altındadır”

“Elmi işçi 400-450 manat, elmlər doktoru 700 manat maaş alırsa, onların aqrar sektoru verəcəyi töhfə sual altındadır”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Milli Məclisdə Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda keçirilən ictimai dinləmə zamanı Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev deyib.

Faiq Xudayev bildirib ki, bu günə qədər müxtəlif tədbirlər keçirilsə də, təəssüf ki, deputatların həmin tədbirlərdə iştirakı olmayıb.

“Ümid edirəm ki, bugünkü dinləmədən sonra aqrar sektor və Milli Məclis arasında körpü daha da güclənəcək. Düşünürəm ki, belə tədbirlər sözügedən sahədə kadr çatışmazlığının həllinə töhfə verəcək”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumda 300 nəfərdən çox əməkdaş çalışır və onların 140 nəfəri elmi fəaliyyətlə məşğuldur:

“Bu əməkdaşlardan 44 nəfəri elmlər namizədi, 8 nəfəri isə elmlər doktorudur. Elmi-Tədqiqat İnstitutunun maddi-texniki bazası yüksək səviyyədə inkişaf edib. Lakin kadr çatışmazlığının əsas səbəbi elmi-tədqiqat institutlarında çalışan gənclərin əməkhaqqı ilə bağlıdır”.

Direktor vurğulayıb ki, elmi işçinin 400-450 manat, elmlər doktorunun isə 700 manat maaş alması bu sahədə motivasiyanı azaldır:

“Belə maaşla çalışan gənc gələcəkdə aqrar sektora hansı töhfəni verə bilər? Eyni zamanda elmlər doktorunun bu məvaciblə H indeksli məqalələr çap etdirməsi də sual altındadır. Ümid edirəm ki, bu dinləmələrdən sonra mövcud problemlər həllini tapacaq”.

Seçilən
82
5
afn.az

8Mənbələr