Bakı. Trend:
2025-ci ilin 18 dekabr tarixində Mexiko şəhərinin tanınmış“Milli Auditoriya” konsert zalında Azərbaycan Dövlət Akademik Operavə Balet Teatrının baş dirijoru, Qara Qarayev adına AzərbaycanDövlət Kamera Orkestrının dirijoru, Respublikanın əməkdar artistiƏyyub Quliyevin dirijorluğu ilə P.İ.Çaykovskinin unudulmaz"Şelkunçik" baletinin möhtəşəm premyerası baş tutub.
Trend xəbərverir ki, azərbaycanlı dirijorun layihədə iştirakı Heydər ƏliyevFondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ölkəmizinMeksikadakı Səfirliyinin dəstəyi ilə həyata keçirilib.
Meksika Mədəniyyət Nazirliyi nəzdində İncəsənət və ƏdəbiyyatMilli İnstitutunun (INBAL) İncəsənət Teatrının orkestrı və MilliRəqs Qrupunun balet truppası tərəfindən ifa olunmuş baletin ilknümayişi anşlaqla keçib.
Baletin səhnələşdirilməsində Milli Rəqs Qrupunun aparıcı üzvləriilə bərabər uşaqlardan ibarət balet ifaçıları da iştirak edib.Layihəyə ümumilikdə yüzdən çox balet ifaçısı, həmçinin səksəndənartıq musiqiçinin iştirak etdiyi orkestr cəlb olunub.
Yetmiş ildən çox tarixi olan İncəsənət Teatrının orkestrıölkənin aparıcı musiqi kollektivlərindən biridir. On min tamaşaçıtutumuna malik “Milli Auditoriya” isə Latın Amerikası regionunun,habelə dünyanın böyük və əhəmiyyətli konsert zallarından biri hesabolunur və ölkə miqyasında vacib tamaşaların çoxuna ev sahibliyiedir.
Meksikanın aparıcı mədəniyyət qurumlarının təşkilatçılığı iləhəyata keçirilən bu cür mötəbər layihəyə ilk dəfədir ki,azərbaycanlı dirijor dəvət olunur. Zəngin və parlaq Azərbaycandirijorluq məktəbinin nümayəndəsi Ə.Quliyevin çıxışı LatınAmerikası tamaşaçısını heyran edib.
Təşkilatçıların bildirdiyinə görə, 23 dekabra qədər on dəfəsəhnələşdiriləcək baletin bütün seanslarına biletlər artıq satılıb.Ümumilikdə təqribən yüz min tamaşaçının iştirakı gözlənilir.