AZ

UEFA-dan AFFA-ya məktub - FOTO

İsveçrənin SGS şirkəti AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin 2025-ci ildəki fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib. Klubların Lisenziyalaşdırılması Şöbəsi 2026/27-cı illər Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdi.
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

UEFA-dan
Seçilən
36
11
football-plus.az

10Mənbələr