Bakı. Trend:
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ildəAzərbaycanda istehlak inflyasiyasının səviyyəsinin 5,7% təşkiledəcəyini proqnozlaşdırır .
Trend bu barədə“Fitch”ə istinadən məlumat verir.
Agentliyin analitiklərinin qiymətləndirməsinə görə, 2026-cı ildəinflyasiya 4,6%-ə, 2027-ci ildə isə 4%-ə enəcək.
“Fitch”in hesabatında qeyd olunur ki, 2025-ci ilin yanvar–noyabrayları üzrə orta inflyasiya səviyyəsi 5,7% olub və aprel–mayaylarında 6,4% pik həddinə çatıb ki, bu da rəsmi hədəf diapazonudaxilindədir. Dekabr ayında Azərbaycan Mərkəzi Bankı inflyasiyaüzrə yuxarı risklərin azalmasına əsaslanaraq, əsas uçot dərəcəsini25 baza bəndi azaldaraq 6,75%-ə endirib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Mərkəzi Bankı cari illikinflyasiyanın gözlənilən trayektoriyaya uyğun gəldiyini və müəyyənedilmiş hədəf diapazonu daxilində qaldığını bəyan edib.
2025-ci ilin oktyabr ayında 12 aylıq inflyasiya 5,9% təşkiledib. Ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrəillik qiymət artımı 8,2%, ödənişli xidmətlər üzrə 5,6%, qeyri-ərzaqməhsulları üzrə isə 2,5% olub. İllik baza inflyasiyası 5% təşkiledib.