Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;2. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;6. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;12. Zərifə Əliyeva küçəsində;13. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;14. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;15. Bülbül prospekti, metronun "Sahil" stansiyasının qarşısında;16. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;17. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;18. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;19. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;20. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;21. Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində sıxlıq müşahidə olunur.