Bakı. Trend:
İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi iləbirlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25illiyi münasibətilə yubiley tədbiri təşkil olunub.
Bu barədə Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuİdarəsindən məlumat verilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, “İçərişəhər” DövlətTarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi, memarlıq və mədəniyyətsahəsinin tanınmış şəxsləri, ictimai xadimlər və medianümayəndələri iştirak edib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətininsədri Rüfət Mahmud tədbirdə çıxış edərək dekabrın 2-də bu unikalirs nümunəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxiledilməsinin 25 ili tamam olduğunu, yubileyin təkcə əlamətdar tarixdeyil, eyni zamanda görülən işlərə nəzər salmaq, əldə olunannəticələri qiymətləndirmək üçün mühüm fürsət olduğunu vurğulayıb.“UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək hər bir ölkəyəgöstərilən nadir və yüksək etimad nümunəsidir, çünki bu siyahıyamüstəsna ümumbəşəri dəyərə malik mədəni irs obyektləri salınır.İçərişəhər insan yaradıcılığının dahiliyinin görkəmli nümunəsi vəmüxtəlif tarixi dövrləri, mədəni təsirləri özündə birləşdirən nadirşəhərsalma məkanı kimi beynəlxalq səviyyədə tanınıb”-deyə sədrbildirib.
Çıxışında Rüfət Mahmud xüsusi olaraq vurğulayıb ki, İçərişəhərinUNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Ümummilli LiderHeydər Əliyevin prezidentliyi dövründə, onun milli-mədəni irsinqorunmasına göstərdiyi xüsusi diqqət və uzaqgörən siyasətinəticəsində mümkün olub. O, əlavə edib ki, bu gün də İçərişəhərinqorunması və inkişafı istiqamətində işlər AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi,Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanımƏliyevanın diqqət və qayğısı ilə ardıcıl şəkildə davametdirilir.
Tədbirdə çıxış edən rəsmi qonaqlar İçərişəhərin tarixi şəhərkimi qorunması, mədəni turizm mərkəzi kimi inkişaf etdirilməsi vəgələcək nəsillərə estetik görünüşünün bütöv şəkildə ötürülməsininvacibliyi vurğulayıb. Qeyd olunub ki, İçərişəhərin qorunması yalnızayrı-ayrı abidələrin saxlanılması deyil, həm də burada formalaşmışhəyat tərzinin, ənənələrin və tarixi şəhər mühitinin davamlılığınıtəmin etməkdən ibarətdir.
Bakının tarixi mərkəzi olan İçərişəhər minilliklər boyuformalaşmış zəngin mədəni irsi, unikal şəhərsalma quruluşu və nadirmemarlıq nümunələri ilə seçilir. Xəzər dənizi sahilində yerləşən və22 hektar ərazini əhatə edən bu qədim yaşayış məkanı orta əsrlərAzərbaycan şəhər mədəniyyətinin günümüzədək qorunub saxlanılmışnadir nümunələrindəndir.
Məhz bu tarixi-memarlıq bütövlüyü, autentikliyi və universaldəyəri nəzərə alınaraq, İçərişəhər 2000-ci ildə UNESCO-nunÜmumdünya İrs Siyahısına daxil edilmişdir.
Sonda bu əlamətdar hadisənin 25 illiyi münasibətilə beynəlxalqtərəfdaşlarımız tərəfindən ünvanlanmış təbrik videoları nümayişolunub.
Yubiley musiqili proqram ilə davan etdirilib.