AZ

“YouTube”un veb-versiyası SIRADAN ÇIXDI: Qlobal NASAZLIQ

“YouTube”da qlobal problem yaranıb. 

İnterpress.az xəbər verir ki, bu barədə “DownDetector” xidmətinin məlumatlarına istinadən xarici KİV məlumat yayıb. Videohostinq çökmək üzrədir, veb-versiya işləmir, şirkət susur.

Məlumata görə, bu gün günorta saatlarında “YouTube” platformasında ciddi texniki nasazlıqlar yaranıb.

Minlərlə istifadəçi videohostinqin ya heç açılmadığını, ya da həddindən artıq gec yükləndiyini bildirib.

İstifadəçilərin sözlərinə görə, problemdən ən çox “YouTube”un veb-versiyası zərər çəkib.

Mobil tətbiq əksər hallarda daha stabil işləsə də, saytda giriş mümkün olmayıb. Bir çox istifadəçinin ekranında “502” kodlu xəta mesajı görünüb.

“DownDetector”un məlumatına əsasən, problemin pik həddində 11 mindən çox insan girişdə çətinlik çəkdiyini qeyd edib.

“YouTube”un sahibi olan “Google” şirkəti hələlik baş verənlərlə bağlı rəsmi açıqlama verməyib. Hazırda platformaya girişin tədricən bərpa olunduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
35
interpress.az

1Mənbələr