AZ

AzTV-də FƏRQLİ YENİ İL olacaq: 46 ifaçı, retro hitlər və müasir estrada… (FOTO)

Bakı. Trend:

Azərbaycan Televiziyası bu il iki mühüm tarix – Azərbaycanradiosunun 100, Azərbaycan televiziyasının isə 2026-cı ildə qeydolunacaq 70 illik yubileyi münasibətilə Yeni il gecəsinə xüsusiburaxılış hazırlayıb.

31 dekabr saat 21:00-da başlayacaq bayram proqramı yalnızkonsert deyil, Azərbaycan musiqisinin qızıl fonduna səyahətolacaq.

Klassik estrada ifalarından tutmuş müasir hitlərə qədər müxtəlifjanrlarda təqdim ediləcək çıxışlar pop-simfonik orkestrin müşayiətiilə tamaşaçılara təqdim ediləcək.

Proqramda 80-dən çox musiqi nömrəsi, 46 tanınmış ifaçı çıxışedəcək.

Gecənin ən diqqətçəkən məqamlarından biri Azərbaycan musiqisəhnəsinin korifeyləri – Xalq artistləri Zeynəb Xanlarova, FloraKərimova, Mübariz Tağıyev və Polad Bülbüloğlunun səhnəyə çıxışıolacaq.

Eyni zamanda 2009-cu ildə “Avroviziya”da Azərbaycanı təmsiletmiş Aysel Teymurzadə uzun fasilədən sonra Yeni il gecəsitamaşaçıların qarşısında olacaq. Bu onun səhnəyə qayıtdıqdan sonraAzTV-də ilk çıxışı olacaq.

Gecədə Flora Kərimova və Samir Bağırovun “Ölmədən əvvəl”duetinin televiziya premyerası baş tutacaq.

Layihənin rejissoru Elnur Məmmədov, səhnə rejissoru TərlanTağıyev, layihə rəhbəri isə Nazilə Babayevadır.

Link keçiddə: https://youtu.be/5jY8easCzjU

AzTV-də
AzTV-də
AzTV-də
AzTV-də
Məqalədə:
Seçilən
69
8
az.trend.az

9Mənbələr