AZ

Röya: "O, mənim hər şeyimdir, dünyamdır"

Xalq artisti Röya Ayxan tək övladı Hüseynlə bağlı səmimi duyğularını bölüşüb.

Ölkə.az-ın milli.az-a istinadən məlumatına görə, müğənni bildirib ki, oğlu onun üçün hər şeydir: "Balama toxunan olsa, bilmirəm nə baş verər.

O, mənim hər şeyimdir, dünyamdır. Bütün qurduğum onun üçündür. Universiteti bitirsə, desə işləyirəm, ildə bir dəfə konsert verə bilərəm, heç bir yerdə görünmərəm, o istəsə".

Röya həmçinin vurğulayıb ki, bütün valideynlər kimi, o da istəyir ki, övladı yaxşı təhsil alsın və cəmiyyətə faydalı olsun: "Qızlar deyəcək ki, əla oğlandır, kişi kimi tərbiyəlidir. O, hüquq oxuyacaq".

Müğənni əlavə edib ki, iş vaxtının gec bitməsi səbəbindən ailə adətən evimizin restoranında bir araya gəlir: "İşdən çıxıb harasa gedərəm, çox gec qayıdıram, ona görə evimizdə toplaşırıq".

Röya Ayxan sözlərini oğluna olan sevgi və qürur hissi ilə yekunlaşdırıb.

Seçilən
52
3
olke.az

4Mənbələr