AZ

“YouTube“da qlobal nasazlıq baş verdi

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstifadəçilər "YouTube" video hostinqində qlobal nasazlıq barədə şikayət ediblər.

Moderator.az xəbər verir ki, bunu "Downdetector" xidmətinin məlumatları təsdiq edir.

Nasazlıq barədə 10 minlərlə şikayət daxil olub. İstifadəçilərin 77%-i "YouTube" veb-saytının, 15%-i video yayımının, 7%-i isə tətbiqin nasazlığı barədə məlumat veriblər.

ABŞ-dən 12 609, Yaponiyadan 5 255, Böyük Britaniyadan 5 030, Almaniyadan 4 070 şikayət daxil olub. Nasazlıqlar, həmçinin Fransa, Niderland, İsveç və digər ölkələri də əhatə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
2
moderator.az

3Mənbələr