AZ

Azərbaycan Yüksək Liqasının VII turunda Tovuz təmsilçisi qələbə qazanıb

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun növbəti matçı keçirilib. Sport24.az xəbər verir ki, turun son oyun günündə "Abşeron"la qarşılaşan "Turan" 3:0 (25:19, 25:12, 25:18) hesablı qələbə qazanıb.

Görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Qeyd edək ki, turun daha əvvəl gerçəkləşən qarşılaşmalarında "Azərreyl" "Murov Az Terminal"ı (3:0), "Gəncə" isə UNEC-i (3:2) məğlub edib. "Milli Aviasiya Akademiyası" - "Gənclər" matçının tarixi hələ dəqiqləşməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
2
sport24.az

3Mənbələr