Keçmiş PA rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev, Samir və Fərid adlı şəxslərlə birlikdə qurduğu Gəncə şəhərindəki “Yeni Gəncə” Tibb Mərkəzindən onları kənarlaşdırıb.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev isə adıçəkilən tibb müəssisəsi ilə bağlı Gününsesinfo-da dərc olunan məlumata münasibət bildirib.
İlham Əliyev deyib ki, “Yeni Gəncə” Tibb mərkəzi ilə bağlı heç bir problem yoxdur:
“Hər şey öz qaydasındadır. Hər hansı problem yoxdur. Təşəkkür edirəm, çox sağ olun”.