AZ

Fransalı fermerlər Makronun iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

Fransalı fermerlər Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında azad ticarət sazişinə etiraz olaraq Prezident Emmanuel Makronun ölkənin şimalında yerləşən Tuke şəhərindəki iqamətgahı qarşısında aksiya keçiriblər.

AZƏRTAC xəbər verir ki, BFMTV telekanalının məlumatına görə, FNSEA həmkarlar ittifaqına üzv fermerlər əraziyə traktorlar və digər kənd təsərrüfatı texnikaları cəlb ediblər.

MERCOSUR sazişinə qarşı çıxan etirazçılar onun təxirə salınmasını “yetərli” hesab etmir və Prezident Emmanuel Makronun Fransanın bu məsələyə dair mövqeyi ilə bağlı aydın cavab vermədiyini bildirirlər.

Bir müddət öncə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Avropa İttifaqı liderlərinin MERCOSUR sazişin imzalanmasını azı yanvar ayınadək təxirə saldıqlarını elan edib.

Qeyd edək ki, Cənubi Amerika ölkələrinin ümumi bazarı olan MERCOSUR Argentina, Uruqvay, Paraqvay, Braziliya və Boliviyanı birləşdirir. O, 250 milyon əhalini və qitənin ümumdaxili məhsulunun 75 faizindən çoxunu əhatə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
2
yeniazerbaycan.com

3Mənbələr