AZ

Həbibin tələbəsi dopinqdə “ilişdi”

Rusiyalı döyüşçü Movlid Xaybulayev dopinq qalmaqalına görə PFL-in yarımyüngül çəki titulundan məhrum edilib.

Publika.az xəbər verir ki, bu barədə Liqanın mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl, 35 yaşlı döyüşçünün 1 avqustda PFL Dünya Turnirinin Final mərhələsi zamanı götürülmüş nümunəsində qadağan olunmuş rekombinant eritropoietin maddəsi aşkar edilmişdi.

Movlid Xaybulayev 2026-cı ilin avqust ayına qədər – bir il müddətinə diskvalifikasiya edilib.

Seçilən
86
publika.az

1Mənbələr