AZ

Çeçen liderindən duyğusal açıqlama: Kadırov Putin haqda elə şeylər dedi ki...

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin Qafqaz xalqlarında geniş yayılmış ailə dəyərlərini, o cümlədən erkən nikah ənənələrini yüksək qiymətləndirməsini xüsusi qürur mənbəyi adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kadırov “Teleqram” kanalında paylaşım edib.

O bildirib ki, Putinin səsləndirdiyi fikirlər təkcə Çeçenistanın həyat tərzinə deyil, eyni zamanda əsrlər boyu çeçen xalqının və ümumilikdə Qafqaz xalqlarının mədəniyyəti və dünyagörüşünün əsasını təşkil edən ənənəvi dəyərlərə verilən yüksək qiymətdir.

“Biz bunu yalnız bizim həyat yolumuza deyil, həm də əsrlərdən bəri çeçen və Qafqaz xalqlarının mədəniyyəti və dünyagörüşünün təməlində dayanan ənənəvi dəyərlərə verilən yüksək qiymət kimi qəbul edirik”, — deyə Kadırov vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
100
globalinfo.az

1Mənbələr