AZ

Sudanda qarşıdurmalar səbəbindən insanlar təhlükəsiz ərazilərə qaçır - BMT

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanla bağlı ağır vəziyyətbarədə xəbərdarlıq edib və ordu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ)arasında davam edən döyüşlər səbəbindən insanların öz evlərini tərkedərək təhlükəsiz yerlərə sığınmağa çalışdıqlarını bildirilib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Sudan missiyasınınrəhbəri Mohamed Refaat Cenevrədə keçirilən mətbuat konfransındadeyib ki, ölkədəki döyüşlər səbəbindən Sudan xalqı öz iradəsi ilədeyil, yalnız təhlükəsiz yer tapmaq üçün hərəkət edir.

Refaat bildirib ki, Kurdufan bölgəsində oktyabr ayından bu yana50 minə qədər insan təhlükəsiz zonalara keçib. O, vəziyyətintəhlükəli olduğunu və daha çox insanın məcburi köçünə səbəbolacağını vurğulayıb.

Qeyd edək ki, Sudanda 2023-cü ilin aprelindən bəri ordunun vəXDQ-nin qarşıdurması nəticəsində yaranan böhran insan tələfatına vəkütləvi köçə səbəb olub.

Seçilən
42
az.trend.az

1Mənbələr