AZ

Aİ də Rusiyaya zərbəni Meloni və Makron vurub Sirlər açılır

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İtaliyanın Baş naziri Corcia Meloni və Fransanın Prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) Ukraynaya yardımın maliyyələşdirilməsi üçün dondurulan Rusiya aktivlərinin müsadirəsi planının baş tutmamasında əsas rol oynayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Aİ sammiti zamanı Rusiya aktivlərinin ekspropriasiyası ideyası məhz Meloni və Makron tərəfindən skeptik qarşılanıb. Avropalı diplomatların sözlərinə görə, müzakirələr zamanı Fransa prezidenti əsasən susqun mövqe nümayiş etdirsə də, İtaliya Baş nazirinin fikirləri həlledici təsir göstərib.

Qeyd olunur ki, bir sıra Aİ ölkələri hüquqi və maliyyə risklərini əsas gətirərək bu təşəbbüsə ehtiyatla yanaşıb. Nəticədə dondurulan Rusiya aktivlərinin birbaşa müsadirəsi ilə bağlı plan razılaşdırılmayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
44
globalinfo.az

10Mənbələr