AZ

Ruben Neveş Avropaya dönmək istəyir

Səudiyyə Ərəbistanında çıxış edən Ruben Neveş karyerasını yenidən Avropada davam etdirmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi xüsusilə Premyer Liqaya qayıtmağa isti baxır.

"Daily Mail Sport" nəşrinin məlumatına görə, "Mançester Yunayted" yanvar transfer dönəmində hazırda "Əl Hilal" formasını geyinən Neveşi heyətinə qatmaq üçün maraq göstərir. İngiltərə nəhəngi orta sahəni gücləndirmək üçün bu transferi ciddi şəkildə dəyərləndirir.

"Əl Hilal" 2023-cü ildə Nevesi “Vulverhempton”dan 47 milyon funt sterlinq qarşılığında transfer etmişdi. 2026-cı ilə qədər müqaviləsi olan futbolçunun yanvar ayında təxminən 20 milyon avro qarşılığında komandadan ayrılmasına icazə verilə biləcəyi bildirilir.

Kamil Xudiyev

Seçilən
103
1
fanat.az

2Mənbələr