AZ

2 yaşlı uşağın ölümündə kim məsuliyyət daşıyır?

Beyləqan rayonunda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.

Hadisə rayonun Tatalılar kəndində baş verib. Kənd sakini, 2023-cü il təvəllüdlü Uğur İmanzadənin yaşadığı evin həyətində yerləşən kanalizasiya quyusuna düşərək öldüyü bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bu kimi hallarda valideyn məsuliyyət daşıyırmı?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında hüquqşünas Şamil Paşayev bildirib ki, ümumiyyətlə, şəxsin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı konkret rəy bildirmək üçün hadisənin başvermə mexanizmi tam şəkildə araşdırılmalıdır. Hüquqşünasın sözlərinə görə, sadəcə sosial şəbəkələrdə yayılan məlumatlara və ya medianın formalaşdırdığı ilkin təsəvvürə əsaslanaraq bildirmək olar ki, ilk növbədə kanalizasiya quyusunun qapağının açıq olub-olmaması müəyyən edilməlidir:

"Əgər qapaq açıq vəziyyətdə qalıbsa, ona xidmət göstərməli və təhlükəsizliyini təmin etməli olan qurumun hansı qurum hansıdır. Bu halda həmin qurumun hüquqi məsuliyyəti yarana bilər. Eyni zamanda araşdırılmalıdır ki, uşaq kanalizasiya qapağını özü açıb, yoxsa qapaq əvvəlcədən açıq olub".

Şamil Paşayev qeyd edib ki, bütün bu amillər həm hüquqi, həm əxlaqi, həm mədəni məsuliyyətin nəticəsidir. Ümumi hadisənin mexanizmini bilib daha dəqiq rəy bildirmək mümkündür:

"Bundan başqa, kanalizasiya quyusunun harada yerləşməsi, yəni evin həyətində, küçədə və ya ictimai ərazidə olmasını da nəzərə almaq lazımdır. Əgər küçədə hər hansı bir kanalizasiya qapağı açıqdır və şəxs oraya sadəcə getdiyi yerdə düşürsə bununla bağlı məsuliyyəti həmin qurum daşıyır.

Lakin əgər hadisə evin həyətində yerləşən, yəni dövlət və ya müvafiq icra qurumları tərəfindən çəkilməmiş, şəxsi istifadəyə aid kanalizasiyadırsa, təhlükəsizlik tədbirlərinə ev sahibi özü cavabdehdirsə, belə olan halda onu çəkən və ya ondan istifadə edən şəxslərin, yəni valideynlərin məsuliyyəti məsələsi gündəmə gələ bilər". 

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr