AZ

Finlandiya Prezidenti xeyriyyə məqsədləri üçün 540 min avro xərcləyib

Finlandiya Prezidenti Aleksandr Stubb ümumi məbləği 540 min avro olan üç maliyyə ianəsi edib.

Aznews.az xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin ofisi məlumat yayıb.

Məlumata görə, Stubb Fin Mədəniyyət Fonduna 250 min avro, "Breakthrough Foundation"a 250 min və "Me Foundation"a isə 40 min avro ayırıb.

Yardım Finlandiya Prezidentinin Florensiyada Avropa Universiteti İnstitutunda (EUI) işlədiyi müddətdə çıxışlardan əldə etdiyi qonorarlarından ibarətdir.

Seçilən
82
aznews.az

1Mənbələr