AZ

Sosial şəbəkələrdə cəmiyyətə açıq hörmətsizlik edənlərə SƏRT CƏZAVİDEO

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

Xezerxeber.az-ın xəbərinə görə, belə ki, Milli Məclisdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı Bəyanat müzakirəyə çıxarılıb.  Müzakirə zamanı Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Aİ Ermənistandakı həbslərə susur, Azərbaycandan isə müharibə canilərini buraxmağı istəyir

Bundan başqa sosial şəbəkələrdə cəmiyyətə açıq hörmətsizliyə görə inzibati həbs və cərimə müəyyənləşir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq sayılacaq, inzibati həbs və cərimə tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, belə xırda xuliqanlıq 50-100 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Məcəlləyə edilən digər bir dəyişikliklə vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulmasına görə bəzi cərimələr artırılacaq. Layihəyə əsasən, məlumat və sənədlərin vergi orqanına təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə fiziki şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
39
1
xezerxeber.az

2Mənbələr