AZ

Həbsxanada İNTİHAR: Qətl və zorlamada şübhəli bilinən hərbçi özünü ÖLDÜRDÜ

İkili qətl və zorlamada şübhəli bilinən hərbçi istintaq təcridxanasında intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Konvoydan qaçan və yenidən saxlanılarkən ayağından vurulan Aleksey Kostrikinin öldüyü bildirilir.

Məlumata görə, ikili qətl və zorlamada şübhəli bilinən hərbçi Aleksey Kostrikin istintaq təcridxanasında (SİZO) intihar edib. Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

Xatırladaq ki, oktyabrın sonunda o, Belqorod vilayətinin Novaya Tavoljanka kənd sakini olan bir kişini öldürməkdə və onun həyat yoldaşını zorlamaqda ittiham olunurdu.

Saxlanıldıqdan sonra Kostrikin avtomobil qaçıraraq konvoydan qaçmağa müvəffəq olmuşdu.

Lakin noyabrın 5-də o, spirtli içki almağa çalışdığı mağazanın yaxınlığında yenidən saxlanılıb.

Residivist qaçmağa cəhd edərkən ayaqlarından güllə yarası alıb.

Qeyd edək ki, Kostrikin əvvəllər də zorlama, oğurluq, quldurluq və narkotik saxlama maddələri ilə məhkum olunub.

O, həbsxanadan 2023-cü ildə azadlığa çıxmışdı.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
91
interpress.az

1Mənbələr