AZ

“Milan” Zlatan İbrahimoviçin 17 yaşlı oğlu ilə müqavilə imzalayıb

On yeddi yaşlı isveçli müdafiəçi Vinsent İbrahimoviç İtaliyanın “Milan” klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb.

İdman.Biz bildirir ki, Vinsentin böyük qardaşı Maksimilian İbrahimoviç artıq komandadadır və “Milan”ın 19 yaşadək futbolçulardan ibarət komandasında oynayır.

“Milan” Vinsent Zlatan Seqer İbrahimoviçin ilk peşəkar müqaviləsini imzaladığını məmnuniyyətlə elan edir. O, gənc istedadların təlimi və inkişafına həsr olunmuş “Milan Futuro” layihəsinin bir hissəsi olacaq”, - klubun rəsmi saytında bildirilir.

Vinsent və Maksimilianın atası Zlatan İbrahimoviç 2010-cu ildən 2012-ci ilə qədər “Milan”da oynayıb. Bu müddət ərzində o, 163 oyun keçirib, 93 qol vurub və 35 məhsuldar ötürmə edib. 2023-cü ilin iyul ayında Zlatan karyerasını başa vurduğunu elan edib və son klubu “Milan” olub.

İdman.Biz
Seçilən
135
3
idman.biz

5Mənbələr