Vaşinqton, 19 dekabr, AZƏRTAC
ABŞ-ın Dövlət katibi Marko Rubio müharibədən zərər çəkmiş Qəzza üçün planlaşdırılan beynəlxalq stabilləşdirmə qüvvələrinin tərkibində iştirak etmək məqsədilə bir sıra ölkələrin qoşun göndərəcəyinə əmin olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında deyib.
“Mən çox əminəm ki, bu məsələ ilə bağlı bütün tərəflər tərəfindən qəbul edilən yanaşmanı dəstəkləyən və irəli addım ataraq həmin stabilləşdirmə qüvvəsinin bir hissəsi olmağa hazır olan bir sıra milli dövlətlər var”, – deyə Rubio qeyd edib.
O, həmçinin bildirib ki, Qəzza məsələsi ilə bağlı növbəti mərhələ Sülh Şurasının üzvlərinin müəyyənləşdirilməsidir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton