AZ

4 penalti dəf edən qapıçının qolu sındı

style='margin-bottom:10px;'>

PSJ-nin qapıçısı Matvey Safonov zədələnib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Qolkiper Qitələrarası kubokun "Flamenqo" ilə final matçında sıradan çıxıb. Rusiyalı futbolçunun qolu sınıb. Bildirilib ki, o, ən az 1 ay yaşıl meydanlardan kənarda qalacaq. 

Qeyd edək ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan final görüşündə PSJ penaltilər seriyasında 2:1 hesabı ilə qalib gəlib.  Safonov sözügedən oyunda 4 penalti dəf edib.

Seçilən
110
3
teleqraf.com

4Mənbələr