AZ

Şağan qəsəbəsində məktəbin qarşısı keçilməz vəziyyətdəVİDEO

Hər gün yüzlərlə şagird, sakin, sürücü bu yoldan keçir. Amma, nə küçədən keçmək mümkündür, nə məhəllədən. Hər yerdə dolub daşan gölməçələr var.

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi 124 saylı  tam orta məktəbin qarşısındandır.

Bu vəziyyətdən əziyyət çəkənlər isə daha çox şagirdlərdir.

Qəsəbə sakinləri də deyir ki, vəziyyət təkcə 124 saylı məktəbin yerləşdiyi ərazidə yox, elə məktəbin bütün həndəvərində eynidir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirldi ki, qeyd olunan ünvanda mərkəzləşmiş tullantı su şəbəkəsi mövud deyil. Təchizat olmayan ərazilərdə, sözügedən ünvan da daxil olmaqla təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
106
1
xezerxeber.az

2Mənbələr