AZ

Rusiya XİN dən Qara dənizdə baş vermiş insidentə reaksiya

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyi Kiyevin Qara dənizdə ticarət gəmilərinə və mülki enerji infrastrukturuna qarşı həyata keçirdiyi hücumları qəbuledilməz adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirlərinin iclasından sonra yaydığı bəyanatda bildirilib.

Məlumata görə, iclas Bolqarıstanın sədrliyi ilə videokonfrans formatında keçirilib və toplantıda Rusiyanı xarici işlər nazirinin müavini Aleksandr Pankin təmsil edib.

O, Qara dəniz regionunda iqtisadi əməkdaşlığın tempinin azalmasına diqqət çəkərək, bunun əsas səbəbi kimi Avropa ölkələrinin düşmənçilik siyasətini göstərib.

Aleksandr Pankin çıxışında Kiyevin Qara dənizdə ticarət gəmilərinə və mülki enerji obyektlərinə qarşı həyata keçirdiyi hücumların yolverilməz olduğunu vurğulayıb.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
globalinfo.az

1Mənbələr