AZ

Avropa İttifaqı Gürcüstanı vizasız səyahəti ləğv etməklə hədələyir

 Tiflis Avropa İttifaqının  tövsiyələrini qulaqardına vurmağa davam edərsə Avropa Komissiyası Gürcüstanla vizasız səyahəti tamamilə dayandırmağı düşünür.

AzPost-un məlumatına görə, bu, AK-nın vizasız səyahətin dayandırılması mexanizmi çərçivəsində səkkizinci hesabatında bildirilir.

Aİ əvvəlcə Gürcüstan hakimiyyəti tərəfindən verilmiş diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız səyahəti dayandıra bilər.

Sənəddə deyilir ki, ikinci mərhələdə Gürcüstan hakimiyyəti müəyyən edilmiş məsələləri həll etməsə vizasız səyahət rejiminin dayandırılması bütün əhaliyə şamil edilə bilər. Nəticədə, Gürcüstan vizasız statusunu tamamilə itirə bilər.

 

AzPost.az

Seçilən
85
1
azpost.info

2Mənbələr