Əfqanıstanın paytaxtı Kabildə 5,7 bal gücündə zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, zəlzələ yerli vaxtla saat 10:04-də qeydə alınıb.
Zəlzələ yaxın regionlarda da hiss olunub.
İtkilər və dağıntılar barədə hələ ki, heç bir məlumat verilməyib.