AZ

Böyük Britaniyada terrorla bağlı həbslərin sayı bir il ərzində 660 faiz artıb

Bakı. Trend:

Böyük Britaniyada “Palestine Action” adlı etiraz qrupuna dəstəkgöstərilməsi ilə əlaqədar terrorla bağlı həbslərin sayı bir ilərzində 660 faiz artıb.

Trend “TheIndependent”ə istinadla xəbər verir ki, İsrailin Fələstindəki hərbiəməliyyatlarına qarşı çıxan bu qrup cari ilin iyul ayında terrorqanunvericiliyi çərçivəsində qadağan edilib. Qadağadan sonrayüzlərlə insan “Soyqırımına qarşıyam, “Palestine Action”udəstəkləyirəm” yazılı plakatları ilə etiraz aksiyaları keçirib.Qanunvericiliyə əsasən, bu cür ifadələr artıq terror fəaliyyəti iləəlaqəli cinayət hesab olunur.

Hökumət tərəfindən dərc edilən statistikaya əsasən, sentyabrayına qədər olan bir il ərzində terror fəaliyyəti ilə bağlıümumilikdə 1886 nəfər saxlanılıb. Onlardan 1630 nəfəri, yəni 86faizi “Palestine Action”a dəstək göstərilməsi ilə əlaqələndirilir.Əvvəlki ildə terrorla bağlı həbslərin ümumi sayı 248 nəfər təşkiledib.

Seçilən
119
4
az.trend.az

5Mənbələr