AZ

Avropa Komissiyası Gürcüstanla bağlı sərt qərar verə bilər

Avropa Komissiyası Gürcüstanla vizasız rejimin tam ləğvini istisna etmir.

KONKRET.az Globalinfo.az-a istinadən bu barədə qurumun vizasız səyahətin dayandırılması mexanizmi üzrə səkkizinci hesabatında bildirilib.

Məlumata görə, Tbilisi Avropa İttifaqının irəli sürdüyü tövsiyələrə əməl etmədiyi təqdirdə, Gürcüstan vətəndaşları üçün vizasız səyahət tamamilə dayandırıla bilər. Bu halda ölkə Aİ-nin viza tələb olunan dövlətlər siyahısına daxil edilə bilər.

Hesabatda qeyd olunur ki, ilk mərhələdə diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız rejimin dayandırılması mümkündür. Avropa Komissiyası məsuliyyətin əsasən Gürcüstan hakimiyyətinin üzərində olduğunu vurğulayır.

Qurum bu mövqeyini Gürcüstanda qəbul edilmiş bir sıra qanunlarla izah edir. Bildirilir ki, Xarici Təsirlərin Şəffaflığı haqqında Qanun, Ailə Dəyərləri və Yetkinlik Yaşına Çatmayanların Hüquqlarının Müdafiəsi haqqında Qanun, eləcə də Xarici Agentlərin Qeydiyyatı haqqında Qanun Aİ qarşısında götürülmüş öhdəliklərə ziddir.

Seçilən
34
1
konkret.az

2Mənbələr