Bakı. Trend:
Ukraynaya planlaşdırılan 90 milyard avroluq kreditinmaliyyələşdirilməsi iştirakçı ölkələr üçün ildə təxminən 3 milyardavro xərc deməkdir.
Trend xəbər verir ki, bubarədə DPA xəbər agentliyi Avropa diplomatlarına istinadla məlumatyayıb.
Agentliyin hesablamalarına görə, uzunmüddətli perspektivdə bu,Almaniya üçün illik təxminən 700 milyon avro əlavə xərc yaradabilər.
DPA qeyd edir ki, milli töhfələr hər bir ölkənin iqtisadi gücünəəsasən hesablanır. Eyni zamanda, Macarıstan, Slovakiya və ÇexiyanınKiyevə yardım paketinin maliyyələşdirilməsindən azad olunmasıbarədə razılıq əldə edilib.
Bundan əvvəl Avropa İttifaqı sammitinin iştirakçıları Kiyevə“təzminat krediti” adı altında dondurulmuş Rusiya aktivlərininmüsadirə edilməsi məsələsində razılığa gələ bilməmişdilər. Bununəvəzinə, Aİ ölkələrinin kollektiv kreditləri hesabına Ukraynaya 90milyard avro məbləğində faizsiz kreditin verilməsi qəraraalınmışdı.