ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) yetkinlik yaşına çatmayanların əxlaqsızlığa cəlb edilməsində ittiham olunmuş maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı materialları dərc etməyə başlayıb.
Publika.az xəbər verir ki, artıq sənədlər qurumun saytında yerləşdirilib.
Xatırladaq ki, Epşteyn 2019-cu il iyulun 6-da saxlanılıb. 2002–2005-ci illərdə onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızların gətirildiyinə dair sübutlar üzə çıxıb. Epşteynin dostları və tanışları arasında çoxsaylı hazırkı və keçmiş dövlət rəsmiləri, sabiq dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları olub. Maliyyəçi 2019-cu ilin avqustunda həbsxana kamerasında intihar edib.