AZ

Mehdiyevin kürəkəni ələ keçirdiyi klinikanı geri qaytarmalı oldu

Keçmiş PA rəhbəri Ramiz Mehdiyevin Dövlət Təhlükəsizliyi Xidmətində cinayət məsuliyyətinə cəlb olunmasından sonra onun və yaxın ətrafının ayrı-ayrı iş adamlarına qarşı etdikləri haqsızlıqlar üzə çıxır.

Publika.az Gununsesi.info-ya istinadla xəbər verir ki, belə bir fakt Gəncə şəhərindəki Yeni Gəncə Tibb Mərkəzi ətrafında baş verib.

Belə ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev Samir və Fərid adlı şəxslərlə birlikdə qurduğu tibb mərkəzindən sonradan onları kənarlaşdırıb.

Yalnız Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra hərəkətə keçən tərəflər klinikaya sahib çıxa biliblər.

Saytı bilgiləndirən mənbə deyir ki, İlham Əliyev sakit şəkildə klinikanı keçmiş sahiblərinə qaytarıb.

Seçilən
56
14
publika.az

10Mənbələr