ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərinə qarşı antiterror əməliyyatına başlayıb.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset açıqlayıb.
Onun sözlərinə görə, bu addım 13 dekabrda Suriyanın Palmira şəhərində amerikalı hərbçilərə edilən hücuma cavab olaraq atılıb.
Belə ki, "Hawkeye Strike" ("Şahin gözü zərbəsi") əməliyyatı İŞİD döyüşçülərinin, infrastruktur obyektlərinin və silah anbarlarının məhv edilməsinə yönəlib.