AZ

42 ildən sonra üzə çıxan həyat: “itən uşaq” heç vaxt qaçırıldığını bilməyib FOTO

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın Kentukki ştatında 42 il əvvəl itkin düşən azyaşlı qızın taleyi illər sonra tamamilə təsadüfən üzə çıxıb.

Moderator.az xəbər verir ki, hazırda 46 yaşı olan Mişel Mari Nyuton bütün həyatı boyu başqa ad altında yaşayıb və rəsmi sənədlərdə “itkin uşaq” kimi axtarıldığından xəbərsiz olub.

Hadisə 1983-cü ilin aprelində baş verib. Azyaşlı uşaq bioloji anası Debra Nyuton tərəfindən atasının — Cozef Nyutonun evindən aparılıb. Bundan sonra qadın uzun illər hüquq-mühafizə orqanlarının axtarış siyahısında yer alıb və valideynlər tərəfindən uşaqların qaçırılması ilə bağlı ən çox axtarılan şəxslərdən biri kimi qeydiyyata alınıb.

İllər sonra Debra Nyuton başqa ad — Şerri Nili adı altında qocalar evlərindən birində aşkarlanıb. Məhz bu təsadüf qadının keçmişini üzə çıxarıb və onun illər əvvəl apardığı uşağın kimliyi müəyyən edilib.

Beləliklə, Mişel Mari Nyuton 42 ildən sonra ilk dəfə bioloji atası ilə görüşüb. Onların yenidən bir araya gəlməsi onilliklər boyu davam edən sirrə son qoyub — itkin sayılan uşaq tapılıb, lakin o, bütün bu müddət ərzində heç vaxt qaçırıldığını bilməyib. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
1
moderator.az

2Mənbələr