AZ

“Şahdağ” Turizm Mərkəzində 76 ədəd qar generatoru quraşdırılacaq

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qış turizm mərkəzinin genişləndirilməsinin beşinci mərhələsi çərçivəsində qış mövsümünün sonuna qədər 2 lift bazasının və 76 ədəd qar generatorunun quraşdırılması, ümumi uzunluğu 7070 metr olan yeni xizək yamaclarının inşası, həmçinin 150 min kubmetr həcmində su anbarının tikintisi və 26 nömrəli kanat xəttinin istifadəyə verilməsi nəzərdə tutulub. Bu tədbirlər gələcəkdə xizək infrastrukturunun inkişafına xidmət edəcək.

Yeniazerbaycan.com xəbər verir ki, bu barədə “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov açıqlamasında bildirib.

R. Nəcəfov eyni zamanda vurğulayıb ki, turizm mərkəzinin ərazisində xizək simulyatorları quraşdırılıb. Bu simulyatorlar xizək həvəskarlarına təkcə qış mövsümündə deyil, yay aylarında da xizək sürmək imkanı yaradacaq.

Məlumat üçün bildirək ki, 2026-cı ildə “Şahdağ” Turizm Mərkəzində 600 süni qar generatorunun fəaliyyəti planlaşdırılır.

Havar Şəfiyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
3
yeniazerbaycan.com

5Mənbələr