AZ

Həkim qəbuluna gələn rusiyalı adamyeyən poliklinikada ölüb

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyalı kannibal (adamyeyən) Mixail Malışev Permdəki poliklinikada həkim qəbulu zamanı ölüb.Oxu.Az xəbər verir ki, bu barədə Ura.ru məlumat yayıb.Nəşrin məlumatına görə, həkim qəbuluna gələn Malışev foyedə huşunu itirərək yıxılıb və yerindəcə həyatını itirib."Permli adamyeyən" kimi tanınan Mixail Malışev həbsxanadan azad edildikdən sonra heyvan sığınacağında çalışıb. O, xüsusilə qəddar cinayətlərinə görə 23 il həbsxanada yatıb.Müstəntiqlər onun evində it və insan əti olan iki soyuducu tapıblar. Malışev sevgilisinin köməyi ilə qurbanları evinə cəlb edib, öldürüb, parçalayıb və sonra yeyib. Cinayətkar insanların ətindən müxtəlif yeməklər hazırlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
85
2
demokrat.az

3Mənbələr