AZ

Bayraq Meydanında dirəkdən yıxıldı – Xəsarət aldı

Quba şəhərinin Bayraq Meydanında dirəkdən yıxılan şəxs ağır xəsarət alıb

NOCOMMENT.az xəbər verir ki, rayon sakini 40 yaşlı Pərviz Mütəllimov dirəkdə asılan bayrağı dəyişərkən təhlükəsizlik kəməri qırılıb.

Nəticədə o, dirəyin beton hissəsinin üzərinə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb.

Əraziyə FHN-in xilasetmə qüvvələri, təcili yardım cəlb edilib. Pərviz Mütəllimov Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bildirilir ki, həmin şəxsin beyninə qan sızıb – vəziyyəti ağır qiymətləndirilir. ilər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
4
nocomment.az

5Mənbələr