AZ

Şəki sakini Bakıda faciəli şəkildə vəfat etdi FOTO

Bizim media saytına istinadən ain.az xəbər verir.

22 yaşlı Şəki sakini Bakıda fəhlə işlədiyi sexdə faciəvi şəkildə həyatını itirib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Abşeron rayonunun Məmmədli kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, kənd ərazisindəki sexlərdən birində fəhlə işləyən Qoxmuq kənd sakini, 22 yaşlı Ramil Saatovun üzərinə dəmir konstruksiya aşıb. Nəticədə gənc oğlan elə oradaca vəfat edib.

Mərhum doğulduğu Qoxmuq kənd qəbiristanlığında dəfn olunub.Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
2
bizim.media

3Mənbələr