AZ

Qobustanda müəllim direktora zor tətbiq edib? RƏSMİ CAVAB VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sosial şəbəkələrdə Qobustan rayonunun Ərəbşahverdi kənd orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən görüntülər yayılıb. Həmin video ilə bağlı araşdırma aparılıb. Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırma nəticəsində görüntülərdəki hadisənin 2025-ci oktyabrın 30-da baş verdiyi məlum olub.

"Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə təhsil müəssisəsi rəhbərinin müvafiq əmrinə əsasən, həmin müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Bununla yanaşı bildiririk ki, təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsi, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin düzgün idarə olunması, təhsilverənlərin nüfuzunun yüksəldilməsi vacib istiqamətlərdəndir və bu məsələlər daim diqqətdə saxlanılır", - deyə məlumatda qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
16
avtosfer.az

10Mənbələr