AZ

ABŞ məhkəməsi İlon Maskın 2018-ci il maaş paketi ilə bağlı qərarı ləğv etdi

Bakı. Trend:

ABŞ-da məhkəmə "Tesla" şirkətinin baş direktoru İlon Maskın2018-ci ildə təsdiqlənmiş maaş paketini ləğv edən əvvəlki qərarıqüvvədən salıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilib ki, Delaver ştatının Ali Məhkəməsi aşağı instansiyaməhkəməsinin Maskın çoxmilyardlıq əməkhaqqı paketinin ləğvi iləbağlı qərarını “əsassız və həddindən artıq” hesab edərək onu ləğvedib. Beləliklə, 2018-ci ildə "Tesla" rəhbərliyi tərəfindəntəsdiqlənmiş maaş paketi yenidən bərpa olunub.

Xatırladaq ki, bu ilin əvvəlində Delaver məhkəməsi sözügedənpaketi “ədalətsiz və həddindən artıq yüksək” qiymətləndirərək ləğvetmişdi. Qərarda Maskın idarə heyətinə təsir imkanlarının yetərincənəzərə alınmadığı iddia olunurdu.

Ali Məhkəmə isə apellyasiya şikayətini təmin edərək əvvəlkihökmü qüvvədən salıb.

Qeyd edək ki, İlon Mask bu qərardan sonra "Tesla"nın hüquqiqeydiyyatının Delaverdən Texas ştatına köçürülməsi ehtimalını dagündəmə gətirmişdi.

Seçilən
108
1
az.trend.az

2Mənbələr