Bakı. Trend:
Naxçıvanda vəkillərin intizam məsuliyyətinə cəlb edilməqaydalarında dəyişiklik ediləcək.
Trend-inməlumatına görə, bu məsələ Ali Məclisin dekabrın 19-da keçirilənplenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar RespublikasınınVəkillər Kollegiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, vəkilin il ərzində minimal icbaritədris saatlarının toplanmaması halları aşkar olunduqda o,intizam məsuliyyətinə cəlb ediləcək.
Həmçinin, vəkil haqqında intizam tənbehi intizam pozuntusununaşkar edildiyi gündən bir il (hazırkı müddətaltı aydır), törədildiyi gündən isə ikiil (hazırkı müddət bir ildir) müddətindətətbiq edilə biləcək.
Bununla yanaşı, vəkillərin İntizam Komissiyası intizamicraatının başlandığı gündən üç ay müddətindəvəkilin iştirakı ilə araşdırma aparacaq və müvafiq rəyini VəkillərKollegiyasının Rəyasət Heyətinə təqdim edəcək. Əlavə araşdırmanınaparılmasına zərurət yaranarsa, həmin müddət üçayadək uzadıla biləcək.
Bundan əlavə, vəkillərin İntizam Komissiyasının rəyiəsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkiləaşağıdakı intizam tənbehlərindən biri tətbiq ediləbiləcək:
- xəbərdarlıq;
- töhmət;
- üzvlük haqqının 10 misli həcmində cərimə;
- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan RespublikasıQanununun 9-cu maddəsində göstərilən hüquqpozmalara təkrarən yolverilməsinə və ya vəkil etikasına dair tələblərin üçdəfədən artıq pozulmasına görə pozuntunun dərəcəsindən vəvəkilin peşəkarlıq səviyyəsindən, stajından, əvvəllər intizamtənbehi alıb-almamasından asılı olaraq üç aydan biril müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanındayandırılması;
- vəkil adına ləkə gətirməklə vəkil peşəsinin nüfuzuna xələlgətirən hərəkətə yol verilməsinə və ya icraatında olan işlə bağlınormativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi olaraqpozmaqla təmsil etdiyi şəxsin maraqlarına ziyan vurulmasına görəVəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə.
Vəkillər barəsində intizam icraatı aparılarkən bu Qanunla yanaşıVəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin vəVəkillərin İntizam Komissiyası haqqında Əsasnamənin tələblərirəhbər tutulacaq.
Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraatabaşlama müddəti keçdikdə intizam icraatı başlanılmayacaq və yabaşlanılmış icraata xitam veriləcək.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin intizam tənbehi barədəqərarından bir ay müddətində məhkəməyə şikayətverilə biləcək.