Bakı. Trend:
Naxçıvan Vəkillər Kollegiyası Rəyasət Heyətinin səlahiyyətləriartırılacaq.
Trend-inməlumatına görə, bu məsələ Ali Məclisin dekabrın 19-da keçirilənplenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar RespublikasınınVəkillər Kollegiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Vəkillər Kollegiyasının RəyasətHeyəti:
- Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağını çağırır vəonun qərarlarının icrasını təşkil edir;
- Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həlledir, bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada vəkillikfəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətləri həyatakeçirir, vəkil reyestrinin aparılmasında iştirak edir;
- dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçiliksiyahılarını təsdiq edir və aidiyyəti dövlət orqanlarına(qurumlarına) təqdim edir;
- Vəkillərin İxtisas Komissiyasının vəkil üzvlərini təyinedir;
- ixtisas imtahanının qaydasını və onun keçirilməsinindövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir;
- vəkilləri həvəsləndirmə qaydasını müəyyən edir və vəkillərinhəvəsləndirilməsini həyata keçirir;
- vəkillər barəsində intizam icraatı başlayır və bu Qanundənəzərdə tutulmuş qaydada intizam tənbehi tətbiq edir;
- vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsindəməlumatlandırma işinin aparılmasını təşkil edir;
- Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının strukturunu,ştat cədvəlini, xərclər smetasını və işçilərin əməkhaqqını təsdiqedir;
- Vəkillər Kollegiyası orqanlarının qəbul etdikləri qərarlarınicrasının təmin edilməsi ilə bağlı vəkil qurumlarının və fərdiqaydada fəaliyyət göstərən vəkillərin fəaliyyətinin azı üç aymüddətində monitorinqini aparır, onların nəticəsində aşkar edilmişnöqsanların aradan qaldırılması üzrə qərarlar qəbul edir;
- vəkilliyə qəbul üzrə imtahanda iştirak haqqının məbləğinimüəyyən edir;
- Vəkillər Kollegiyasına daxil olmuş vəsaitlərin xərcistiqamətlərini müəyyən edir;
- Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının müəyyənetdiyi qaydalara əsasən vəkilin müraciəti əsasında onun müəyyəndövr üzrə üzvlük haqqından azad edilməsi və ya müəyyən dövr üzrəüzvlük haqqının azaldılması barədə qərar qəbul edir;
- vəkillərin fəaliyyətində “Cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşımübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərininpozuntusu halını aşkar edərsə, həmin Qanuna müvafiq olaraqtədbirlər görür;
- bu Qanun və öz Nizamnaməsində nəzərdə tutulmuş digər məsələlərihəll edir.
Mövcud qanunvericiliyə əsasən, üzvlərinin üçdə ikisi iştiraketdikdə Rəyasət Heyətinin iclasları səlahiyyətlidir. RəyasətHeyətinin iclaslarında qərarlar sadə səs çoxluğu ilə qəbuledilir.
Layihəyə əsasən, səslər bərabər olduqda Vəkillər KollegiyasıRəyasət Heyətinin iclasına sədrlik edənin səsi həllediciolacaq.