ABŞ Dövlət Departamentində İran əsilli şəxs yüksək vəzifəyə təyin olunub.
"Cebheinfo.az" "Yeni Sabah"-a istinadən xəbər verir ki, Mora Namdara Yaxın Şərq İşləri Bürosunun Baş Büro rəsmisi vəzifəsi həvalə edilib.
Əvvəllər onu Donald Tramp Konsulluq Məsələləri üzrə dövlət katibinin köməkçisi postuna namizəd irəli sürüb. Mora Namdar ABŞ Qlobal Media Agentliyində (USAGM) Hüquq, Uyğunluq və Risk üzrə vitse-prezident vəzifəsində və ABŞ Dövlət Departamentinin müxtəlif qlobal siyasət məsələləri də daxil olmaqla, İranla məhdudlaşmayan müxtəlif qlobal məsələlər üzrə baş məsləhətçi vəzifəsində çalışıb. Xanım Namdar ABŞ-ın milli təhlükəsizliyi və beynəlxalq insan haqları məsələləri üzrə ekspertdir.
Dövlət qulluğundan əvvəl M. Namdar uğurlu vəkillik fəaliyyəti ilə məşğul olub. Vaşinqton Hüquq Kollecində doktorluq dərəcəsini və Amerika Universitetinin Beynəlxalq Xidmət Məktəbində Beynəlxalq Əlaqələr üzrə magistr dərəcəsini alıb.
"Cebheinfo.az"