
Bukayo Saka “Arsenal”ın tarixində ən çox maaş alan oyunçu ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə TEAMtalk portalı məlumat yayıb.
Portalın məlumatına görə, yarımmüdafiəçi tezliklə “Arsenal”la müqaviləsini uzadacaq və London klubunun tarixində ən çox maaş alan oyunçu olacaq.
Məlumata görə, Saka 2031-ci ilin yayına qədər müqavilə imzalayacaq və klub tarixində həftədə 300 min funt sterlinq (342 min avro) qazanan ilk oyunçu olacaq.
Qeyd edək ki, 24 yaşlı Saka “Arsenal”ın gənclər akademiyasının yetirməsidir və 2018-ci ildən bəri “topçular”ın böyüklər komandasının üzvüdür.
İngiltərə yığmasının hücumçusu cari Premyer Liqa mövsümündə “Arsenal”da 14 oyunda meydana çıxıb, dörd qol vurub və bir məhsuldar ötürmə edib.