BAKI, 20 dekabr. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov monteneqrolu həmkarı Ervin İbrahimoviçi qarşılayıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumata görə, tərəflər arasında təkbətək görüş başlayıb.